Ana Sayfa > Karusel / Hadisə > Ağstafada külək parkda ağacı aşırıb, xəsarət alanlar var

Ağstafada külək parkda ağacı aşırıb, xəsarət alanlar var


20-06-2024, 21:52. Yazar: Admin

 

Güclü külək axşama doğru zəifləyəcək

Ağstafada güclü külək ciddi fəsadlara yol açıb.

Qarabaginfo.az xəbər verir ki, iyunun20-də axşam saatlarında külək Ağsatafanın mərkəzində iri gövdəli ağacı aşırıb.

Hadisə nəticəsində parkda istirahət edən 1948-ci il təvəllüdlü Tahir Abbasov və 1962- cı il təvəllüdlü İlham Rzayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Rayonun Dağkəsəmən kəndində isə fermda ağacın aşması nəticəsidə 2006-cı il təvəllüdlü Elcan Əlibalayevdə xəsarət alıb.

Hər üç yaralının müalicəsi xəstəxanada davam etirilir.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.


Geri dön