Ana Sayfa > Karusel / İnfrastruktur > AYNA: Bayram günlərində 47 mindən çox sərnişin daşınıb

AYNA: Bayram günlərində 47 mindən çox sərnişin daşınıb


20-06-2024, 17:11. Yazar: Admin

 

AYNA: Bayram günlərində 47 mindən çox sərnişin daşınıb

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bu barədə Qarabaginfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Ümumilikdə bayram günlərində 1591 reys həyata keçirilib, 47 min 306 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Qeyd edilən tarixlərdə xətlərə əlavə 200-yə yaxın avtobus buraxılıb.

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.


Geri dön