Ana Sayfa > Karusel / Siyasət > Niderlandın Baş naziri NATO-nun yeni Baş katibi olacaq
Niderlandın Baş naziri NATO-nun yeni Baş katibi olacaq20-06-2024, 17:01. Yazar: Admin |
Alyansın bütün 32 üzvü Niderlandın Baş naziri Mark Ruttenin hazırkı Baş katib Yens Stoltenberqin yerinə keçəcəyi ilə bağlı razılığa gəldikdən sonra Mark Rutte NATO-nun növbəti baş katibi olacaq. Qarabaginfo.az "Politico"ya istinadən xəbər verir ki, Macarıstan və Slovakiyanın təsdiqindən sonra Rumıniya da Rutteyə dəstəyini təsdiqləyib. Rumıniya Prezidenti Klaus İohannis NATO-nun Baş katibi postuna namizədliyini geri götürüb. Milli Müdafiə Ali Şurasının iclası zamanı Prezident Klaus İohannis bildirib ki, o, NATO müttəfiqlərini öz namizədliyini geri götürməsi barədə xəbərdar edib. O, oktyabrın 2-də səlahiyyətlərinin icrasına başlayacaq. Geri dön |