Ana Sayfa > Karusel / Dünya > Qriqoryan Makronun müşaviri ilə Cənubi Qafqazı müzakirə etdi

Qriqoryan Makronun müşaviri ilə Cənubi Qafqazı müzakirə etdi


20-06-2024, 12:54. Yazar: Admin

Qriqoryan Makronun müşaviri ilə Cənubi Qafqazı müzakirə etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransaya işgüzar səfəri çərçivəsində Fransa prezidentinin müşaviri Emmanuel Bonn ilə görüşüb.

Qarabaqinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası Katibliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərin inkişafı, o cümlədən çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmsöhbətlər regional hadisələri də müzakirə ediblər.

Yuxarıda qeyd olunanlar kontekstində ikitərəfli əməkdaşlığın perspektivləri nə dair fikir mübadiləsi aparılıb.


Geri dön