Ana Sayfa > Karusel / Dünya > İsrail ordusunun sözçüsü: "HƏMAS-ı yox edə biləcəyimizi düşünənlər yanılırlar"

İsrail ordusunun sözçüsü: "HƏMAS-ı yox edə biləcəyimizi düşünənlər yanılırlar"


20-06-2024, 09:34. Yazar: Admin

İsrail ordusunun sözçüsü: "HƏMAS-ı yox edə biləcəyimizi düşünənlər yanılırlar"

İsrail ordusunun sözçüsü Hagarinin HƏMAS-la bağlı etirafı rəsmi Təl-Əvivdə etirazlara səbəb olub.

Qarabaginfo.az xəbər verir ki, “Kanal 13” televiziya kanalına müsahibə verən İsrail ordusunun sözçüsü Daniel Hagari İsrailin baş naziri Benyamin Netanyahunun müdafiə etdiyi “Həması aradan qaldırmaq hədəfi”nə qarşı çıxıb.

"HƏMAS-ı məhv etmək fikri xalqın gözünə qum tökmək kimi bir şeydir. HƏMAS bir ideyadır, siyasi partiyadır. İnsanların qəlbində kök salıb. HƏMAS-ı yox edə biləcəyimizi düşünənlər yanılırlar" – deyə Hagari bildirib.

HƏMAS-ın yerinə başqa bir şeyin inkişaf etdirilməsinin lazım olduğunu müdafiə edən ordu rəsmisinə sərt reaksiya verən baş nazir Benyamin Netanyahu isə HƏMAS-ı hərbi və inzibati cəhətdən məhv etmək lazım olduğunu və İsrail ordusunun bunu etməyə borclu olduğunu deyib.


Geri dön