Ana Sayfa > Karusel / Region > Rusiyada "botulizm" infeksiyasına kütləvi yoluxma ilə əlaqədar üç nəfər saxlanılıb
Rusiyada "botulizm" infeksiyasına kütləvi yoluxma ilə əlaqədar üç nəfər saxlanılıb18-06-2024, 12:48. Yazar: Admin |
Rusiyada "botulizm" infeksiyasına kütləvi yoluxma ilə əlaqədar üç nəfər saxlanılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, məhsul istehsalı üzrə kommersiya təşkilatının faktiki rəhbəri, Moskva vilayətində qida məhsullarının hazırlanması və çatdırılması üzrə özəl təşkilatın baş direktoru, eləcə də keyfiyyət şöbəsinin rəisi saxlanılıb. İlkin məlumata görə, saxlanılanların hamısı lobya və tuna balığı ilə zəhərli salatlar hazırlayan “Gastroport” şirkətində işləyib. Şübhəli şəxslər təhlükəsizlik tələblərinə cavab verməyən məhsulların istehsalı və satışı ilə bağlı başlanmış cinayət işi üzrə saxlanılıblar. Qeyd edək ki, Moskvada kütləvi şəkildə "botulizm" infeksiyasına yoluxma qeydə alınıb. "Kuxnya na rayone" hazır yemək çatdırılması xidmətinin məhsullarından zəhərlənmə ilə bağlı 121 nəfər təcili tibbi yardıma müraciət edib. Moskva merinin müavini Anastasiya Rakova hazırda 55 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. Bildirib ki, onlardan 30-u reanimasiyadadır. Geri dön |