Ana Sayfa > Karusel / Dünya > Ermənistan və İran qarşılıqlı olaraq ticarət evləri AÇACAQ
Ermənistan və İran qarşılıqlı olaraq ticarət evləri AÇACAQ14-06-2024, 17:38. Yazar: Admin |
"İran və Ermənistan yaxın vaxtlarda bir-birləri ilə ticarət evləri açacaqlar".
Qarabaqinfo.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
O deyib ki, İrəvanda İran ticarət evinin açılışı İslam Respublikasının prezidenti İbrahim Rəisinin Ermənistana səfəri ilə eyni vaxta təsadüf etməli idi, lakin onun faciəvi ölümü ilə əlaqədar bu, təxirə salınıb: "Lakin tezliklə baş tutacaq".
"Ermənistan həmçinin yeni İran-Avrasiya İqtisadi İttıfaqı azad ticarət sazişinin imkanlarını təhlil etməyə hazırlaşır - hansı növ məhsulların İran bazarı üçün maraqlı olacağı və onların təşviqi istiqamətində iş aparılır", - o qeyd edib. Geri dön |