Ana Sayfa > Karusel / Region > Rəsmi Minskdən Paşinyana cavab - Səfir geri çağırılacaq

Rəsmi Minskdən Paşinyana cavab - Səfir geri çağırılacaq


13-06-2024, 17:09. Yazar: Admin

resmi-minskden-pasinyana-cavab 

Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk yaxın zamanlarda Minskə geri çağırılacaq.

Qarabaginfo.az “RBK” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Belarus Xarici İşlər Nazirliyi yayıb. 

Bildirilib ki, Belarus Ermənistanla münasibətləri pisləşdirmək niyyətində deyil. 

“Bu gün Ermənistanda necə ağır daxili siyasi vəziyyətin yarandığını biz hamımız görürük. Əlbəttə, müxtəlif insanlar ciddi emosional yüklənmələrə fərqli dözüm nümayiş etdirirlər. Bunu anlaya bilərik”, - deyə Belarus XİN-in rəsmi nümayəndəsi Anatoliy Qlaz qeyd edib.

Xatırladaq ki, Ermənistan Belarusdakı səfiri Razmik Xumaryanı məsləhətləşmələr üçün İrəvana çağırdığını açıqlayıb. Bundan əvvəl isə, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyini bəyan edib.


Geri dön