Ana Sayfa > Karusel / Region > “Maksimumu tələb etmək xətti tutmaqla məğlubiyyətimizi möhürlədik”- PAŞİNYAN

“Maksimumu tələb etmək xətti tutmaqla məğlubiyyətimizi möhürlədik”- PAŞİNYAN


13-06-2024, 13:20. Yazar: Admin

Ermənistan tərəfi ilkin olaraq Qarabağ üzrə danışıqlar prosesini ən yüksək səviyyədə aparıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Paşinyan danışıqlarda maksimumu tələb etmək fikrini səhv adlandırıb.

“Ən yüksək tələblə danışıqlara başlayanda, bundan sonra edə biləcəyiniz yeganə şey xətti aşağı salmaqdır, çünki artıq onu qaldırmaq imkanınız yoxdur. Bu, Qarabağla bağlı bütün danışıqlar prosesi boyu olub. Biz əvvəldən danışıqlar prosesində ən yüksək xətti qoyduq və məğlubiyyətimizi möhürlədiyimizi dərk etmədik. Çünki sizin tələb xəttiniz ən yüksək nöqtədədirsə, onu aşağı salmaqdan başqa heç nə edə bilməzsiniz. Ən yüksək nöqtəyə çatarsa, onu qaldırmaq artıq mümkün deyil”, – Paşinyan bildirib.


Geri dön