Ana Sayfa > Karusel / Region > Simonyan Seyran Ohanyanı tribunadan qovdu - Video
Simonyan Seyran Ohanyanı tribunadan qovdu - Video13-06-2024, 13:09. Yazar: Admin |
Ermənistan parlamentində spiker Alen Simonyanla müxalif deputatlar, xüsusilə də “Hayastan” fraksiyasının rəhbəri, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan arasında insident yaşanıb. Qarabaginfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, erməni spiker Ohanyanı “get buradan” deyərək tribunadan uzaqlaşdırıb. Hadisə isə Simonyanla müxalif deputat Qeqam Nazaryan arasında mübahisə zamanı baş verib. Belə ki, Nazaryan bildirib ki, xidməti girişdən istifadə yalnız hakim partiyanın deputatlarının avtomobilləri üçün əlçatandır və bu yaxınlarda onlar binaya buraxılmayıblar. Buna cavab olaraq Simonyan müxalif deputatı “qeyri-adekvat” adlandırıb. S.Ohanyan isə tribunaya qalxaraq spikeri yalan danışmaqda ittiham edib. Sonuncu isə keçmiş müdafiə nazirinin özünü “yalançı” adlandırıb və tribunadan qovub. Geri dön |