Ana Sayfa > Karusel / Sosial > Nazir müavini Vahid Əhmədova cavab verdi
Nazir müavini Vahid Əhmədova cavab verdi13-06-2024, 08:03. Yazar: Admin |
“Azərbaycanın dövlət büdcəsinin sosial yönümlülüyü heç kimdə şübhə doğurmur. Hökumət, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial məsələlərə kompleks yanaşır, onları illik büdcə hazırlanarkən nəzərə alır”. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə nazirinin müavini Azər Bayramov deyib. Nazir müavini bildirib ki, deputatların müavinətlərlə bağlı qaldırdığı məsələ aktualdır: “Qaldırılan məsələ həssasdır. Bunun prioritet istiqamətlərdən ən vacibi olduğu heç kimdə şübhə doğurmur. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu proseslərə daha kompleks baxır. Təkliflər yəqin ki, individual qaydada yox, kompleks yanaşmadan irəli gəlməlidir. Burada təqdim olunan paketə birgə baxılması məsələsi daha öndədir. İstənilən halda sizin həyəcanla qaldırdığınız məsələ aktualdır. Yəqin ki, hökumətdə bu məsələyə baxılacaq. Bizdə bu praktika var ki, millət vəkillərini dəvət etməklə bu məsələ daha geniş müzakirə oluna bilər”. Qeyd edək ki, deputat Vahid Əhmədov çıxışı zamanı müharibə veteranlarına verilən 80 manat müavinətin artırılmasını təklif etdiyini, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin prinsipial olaraq bu məsələyə biganə yanaşdığını vurğulayıb. Geri dön |