Ana Sayfa > Karusel / İnfrastruktur > Binə qəsəbəsinə və Hava Limanına dəmir yolu çəkiləcək

Binə qəsəbəsinə və Hava Limanına dəmir yolu çəkiləcək


12-06-2024, 17:34. Yazar: Admin

Hazırda Vahid Nəqliyyat Strategiyası hazırlanır. Bu strategiyaya əsasən, gələcəkdə Hövsan yolunun da bərpası planlaşdırılır.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

O bildirib ki, eyni zamanda Binə qəsəbəsinə və Hava Limanına dəmir yolunun çəkilməsi sözügedən strategiyada qeyd olunub. Bu işlər də mərhələli qaydada görüləcək.


Geri dön