Ana Sayfa > Karusel / İqtisadiyyat > Ötən ay Azərbaycanda ən çox bahalaşan MƏHSULLAR

Ötən ay Azərbaycanda ən çox bahalaşan MƏHSULLAR


12-06-2024, 14:04. Yazar: Admin

Ötən ay Azərbaycanda ən çox bahalaşan MƏHSULLAR

Ötən ay Azərbaycanda bəzi məhsullarda bahalaşma müşahidə edilib.
 

Qarabaqinfo.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bahalaşma əsasən düyünün, unun, makaronun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, xama və qatığın, kərə və zeytun yağlarının, limonun, almanın, ağ kələmin, süfrə çuğundurunun qiymətlərində qeydə alınıb.

 

Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, bananın, çiyələyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın qiymətində müşahidə edilib.

 

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

2024-cü ilin may ayında istehlak qiymətləri indeksi 2023-cü ilin may ayına nisbətən 100,3 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,6 faiz, qeyri-qida məhsulları üzrə 101,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib.

 

2024-cü ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,6 faiz təşkil edib.


Geri dön