Ana Sayfa > Karusel / Siyasət > Rəşad Nəbiyev: 2040-cı ilə kimi hava nəqliyyatına tələbat 2 dəfə artacaq
Rəşad Nəbiyev: 2040-cı ilə kimi hava nəqliyyatına tələbat 2 dəfə artacaq12-06-2024, 10:07. Yazar: Admin |
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Global Air Transport Outlook” hesabatına əsasən, hava nəqliyyatına tələbatın 2040-cı ilə qədər iki dəfə və illik orta hesabla 3,4% artacağı proqnozlaşdırılır. Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. O qeyd edib ki, müxtəlif regionlarda münaqişələrin və siyasi qeyri-sabitliyin qəfil artması hava hərəkətinin təhlükəsizliyi və koordinasiyasında qeyri-sabitliyə səbəb olur. Bundan əlavə, sənayenin 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq öhdəliyi əlavə məsuliyyət yaradır. “Bu amillərin yaratdığı əhəmiyyətli təzyiqləri nəzərə alaraq, dünya hava nəqliyyatının 90%-nə nəzarət edən CANSO üzvləri davamlı və təhlükəsiz qlobal hava səyahətinin gələcəyi üçün təməl olan kollektiv təcrübə və birgə əməkdaşlıq səylərindən istifadə etməlidirlər” - nazir əlavə edib. Geri dön |