Ana Sayfa > Karusel / Siyasət > Rəşad Nəbiyev: Bir ildə Azərbaycanın hava məkanı ilə 18 min tranzit uçuş həyata keçirilib
Rəşad Nəbiyev: Bir ildə Azərbaycanın hava məkanı ilə 18 min tranzit uçuş həyata keçirilib12-06-2024, 10:04. Yazar: Admin |
"Azərbaycan Hava Yolları"nın "Azaraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) vaxtında həyata keçirdiyi tədbirlər sayəsində Avropadan Asiyaya reyslər alternativ marşrutlar üzrə təhlükəsiz yerinə yetirilir ki, bu da bizə qonşu regionlarda geosiyasi gərginlik şəraitində etibarlı hava dəhlizini saxlamağa imkan verir. Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib. O bildirib ki, yüksək səviyyəli aeronaviqasiya xidmətlərinin göstərilməsi və onun əsas hava marşrutlarının kəsişməsində yerləşməsi sayəsində 2021-ci ildən Azərbaycanın hava məkanı ilə tranzit daşınması 3,5 dəfə artaraq ayda təxminən 18 min tranzit uçuş təşkil edib. “Diqqət çəkən vacib məqam odur ki, Azərbaycanın öz torpağı və səması üzərində suverenliyinin yenidən bərpa etməsi AZANS-a ölkə ərazisində hava hərəkətinə hərtərəfli şəkildə nəzarət etmək imkanı verib. Geri dön |