Ana Sayfa > Karusel / Dünya > “ABŞ və NATO-ya görə nüvə doktrinasına yenidən baxa bilərik”- RUSİYA XİN

“ABŞ və NATO-ya görə nüvə doktrinasına yenidən baxa bilərik”- RUSİYA XİN


11-06-2024, 17:16. Yazar: Admin

Rusiya hakimiyyəti ABŞ və NATO-nun hərəkətləri səbəbindən ölkənin nüvə doktrinasını yenidən yaza bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Bircə onu deyə bilərəm ki, vəziyyət daha da pisləşməyə doğru gedir və Birləşmiş Ştatlar və onun NATO müttəfiqlərinin qəbuledilməz hərəkətləri nəticəsində artan çağırışlar, şübhəsiz ki, qarşımızda tam bir sual doğurur. Bu suaı nüvə qarşısının alınması sahəsində əsas sənədlərin cari ehtiyaclara necə daha uyğunlaşdırıla biləcəyi ilə bağlıdır”, – Ryabkov deyib.

XİN rəsmisi qeyd edib ki, Rusiya hakimiyyəti nüvə silahından çəkindirmə ilə bağlı sənədlərdə hansı dəyişikliklərin ediləcəyi barədə əvvəlcədən məlumat verməyəcək.


Geri dön