Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya > Kiyevə Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avro ayrılacaq

Kiyevə Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avro ayrılacaq


11-06-2024, 17:03. Yazar: Admin

Avropa Komissiyası iyulda Kiyevə dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından 1,5 milyard avro verəcək. 

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Berlində Ukraynanın bərpasına dair konfransda bildirib.

“Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirdən 1,5 milyard avro iyulda gələcək. Bu pulun 90 faizi müdafiəyə, 10 faizi yenidənqurmaya yönəldiləcək”, – Lyayen bildirib.

O əlavə edib ki, üç il ərzində Ukraynaya 50 milyard avro məbləğində yardım göstərilməsi təşəbbüsü çərçivəsində artıq 6 milyard avro ayrılıb və 1,4 milyard avroluq ilk müqavilələr iyunun 11-də Berlində imzalanacaq.


Geri dön