Ana Sayfa > Karusel / Dünya > Polşa Prezidenti müdafiə xərclərinin artırılmasının vacib olduğunu bildirib

Polşa Prezidenti müdafiə xərclərinin artırılmasının vacib olduğunu bildirib


11-06-2024, 13:42. Yazar: Admin

Polşa Prezidenti Andjey Duda

 

“Ukraynaya qarşı davam edən qeyri-qanuni təcavüzkar müharibə hər gün bizə xatırladır ki, Rusiya özünün yeni imperiya məqsədlərinə çatmaq üçün bütün mövcud qüvvə və vasitələrdən, o cümlədən hərbi qüvvələrdən istifadə etməyə hazırdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda Riqada keçirilən B9 sammitində çıxışında deyib.

Polşa Prezidenti bildirib ki, onun ölkəsi də Rusiyanın hibrid hücumlarına məruz qalır və bunun ən bariz nümunəsi Polşanın Belarusla sərhədindən qeyr-qanuni miqrant axındır.

“Kreml qanunsuz miqrasiyanı bizə qarşı silah kimi istifadə etməyə çalışır. Biz eyni vasitənin regionumuzdakı digər ölkələrə qarşı da istifadə olunduğundan xəbərdarıq”, - Polşa dövlət başçısı qeyd edib.

Prezident Duda Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb: "Biz təhlükəsizliyin ucuz başa gəlmədiyinin fərqində olmalıyıq.

Rusiyanın müharibə iqtisadiyyatına keçdiyini müşahidə edirik. Biz də müdafiə xərclərini artırmalıyıq. Bu hərbi bacarıqlarımızı gücləndirmək üçün təbii bir addım olardı”.


Geri dön