Ana Sayfa > Karusel / Gündəm > Düşmən Goranboyu atəşə tutub - polis şöbəsi və məkəb binası dağıdıldı 

Düşmən Goranboyu atəşə tutub - polis şöbəsi və məkəb binası dağıdıldı 


8-10-2020, 10:43. Yazar: Admin

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

 

İşğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən 8 oktyabr səhər saatlarından başlayaraq Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub.

 

Bu barədə Baş Prokurorluqdan Qarabaginfo.az-a verilən məlumatda bildirilib.

 

Belə ki, 8 oktyabr 2020-ci ilsaat 06 radələrində rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəyib.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.


Geri dön