Ana Sayfa > Karusel / Region > KİV: Paşinyanın partiyası hökumətin istefası ilə bağlı parlament iclasını pozmağa qərar verib
KİV: Paşinyanın partiyası hökumətin istefası ilə bağlı parlament iclasını pozmağa qərar verib11-06-2024, 11:25. Yazar: Admin |
"Vətəndaş müqaviləsi" fraksiyası parlamentin Ermənistan müxalifətinin təşəbbüsü ilə keçiriləcək iclasda iştirak etməməyə qərar verib. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti xəbər yayıb. Yazıda bildirilib ki, fraksiyanın ötən gün keçirilən toplantısında yetərsayın təmin edilməməsi ilə bağlı yekdil qərar verilib: Qeyd edək ki, Ermənistan parlamentində müxalif deputatların tələbi ilə “Hökumətin istefası ilə bağlı” növbədənkənar iclas keçiriləcək. Bununla bağlı ölkə parlamentinin sədri Alen Simonyan sərəncam imzalayıb. Bildirilib ki, növbədənkənar iclas iyunun 17-də saat 18:30-da keçiriləcək. Geri dön |