Ana Sayfa > Karusel / Region > İrəvana gedən yollarda polis postları qurulub, avtomobillər yoxlanılır

İrəvana gedən yollarda polis postları qurulub, avtomobillər yoxlanılır


11-06-2024, 10:41. Yazar: Admin

Bu gün səhər saatlarından İrəvana aparan bütün yollarda postlar qurulub.

“Sputnik-Armenia”nın məlumatına görə, polis əməkdaşları sürücülərin sənədlərini, eləcə də avtomobilin yük yerini təftiş edir.

Ararat və Vayots Dzor vilayətlərində də polis gücləndirilmiş iş rejiminə keçib. Bu istiqamətlərdə də paytaxta və geriyə hərəkət edən avtomobillər ciddi şəkildə yoxlanır.


Geri dön