Ana Sayfa > Karusel / Siyasət > Spiker: Gürcüstanda qeyri-şəffaf pul xərcləyən Avropa və Amerika fondları var

Spiker: Gürcüstanda qeyri-şəffaf pul xərcləyən Avropa və Amerika fondları var


10-06-2024, 16:47. Yazar: Admin

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

 

ABŞ və Avropa fondları Gürcüstanda qeyri-şəffaf maliyyələşmə ilə siyasi partiyaları və radikal qruplaşmaları maliyyələşdirirlər.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

Spiker sanksiyalarla bağlı təhdid və bəyanatların ciddi olmadığını, xarici fondların maliyyəsi ilə bağlı şəffaflığın təmin edilməli olduğunu vurğulayıb.

“Mən ilk növbədə hər kəsi Gürcüstanda öz maliyyəsinin aşkarlığını və şəffaflığını təmin etməyə çağırıram. Təəssüf ki, bu gün Gürcüstanda qeyri-şəffaf pul xərcləyən həm Avropa, həm də Amerika fondları var və məlum olur ki, bu pullar siyasi partiyaların, radikal qrupların maliyyələşdirilməsinə sərf edilir. Ona görə də hər kəsi demokratik prinsipləri rəhbər tutmağa və öz büdcəsindən xərclənən vəsaitin şəffaflığını təmin etməyə çağırıram”, - Papuaşvili qeyd edib.


Geri dön