Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan COP29-un uğuru üçün digər ölkələrlə fəal işləyir - Nazir
Azərbaycan COP29-un uğuru üçün digər ölkələrlə fəal işləyir - Nazir10-06-2024, 11:47. Yazar: Admin |
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi seçildiyi gündən digər ölkələr və maraqlı tərəflərlə fəal qarşılıqlı əlaqələr qurub.
Qarabaqinfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş “Caspian Blue Horizons” tədbirində deyib.
M.Babayev qeyd edib ki, COP29-un rəhbərliyi bütün tərəflərin mövqelərini dinləmək üçün dünyanın müxtəlif ölkələrində çoxsaylı görüşlər keçirib: “Biz noyabrda COP29-un uğurla keçirilməsi üçün bu qarşılıqlı əlaqəni davam etdirəcəyik”. Geri dön |