Ana Sayfa > Karusel / Region > Baqrat Qalstanyan insanları parlament binasının ətrafında toplaşmağa çağırıb

Baqrat Qalstanyan insanları parlament binasının ətrafında toplaşmağa çağırıb


10-06-2024, 07:37. Yazar: Admin

 

Baqrat Qalstanyan insanları parlament binasının ətrafında toplaşmağa çağırıb

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyan insanları parlament binasının ətrafında toplaşmağa çağırıb.

Qarabaginfo.az xəbər verir ki, arxiyepiskop “Mən bütün soydaşlarımızı bura, Baqramyan-Dəmirçyan küçələrinin kəsişməsinə toplaşaraq öz vətəndaşlıq borclarını yerinə yetirməyə çağırıram” deyə xalqa səslənib.

Arxiyepiskopun və yüzlərlə paytaxt sakininin hazırda polisin onlara irəliləməyə imkan vermədiyi Dəmirçyan küçəsinin yaxınlığında olduğu bildirilir. O polisə heç yerə getməyəcəklərini deyib.

Qeyd edək ki, Ermənistanın “Vətən uğrunda Tavuş” müxalif hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iyunun 10-da hakimiyyətə öz iradələrini tətbiq etmək üçün xalqı 96 saat ərzində kütləvi itaətsizlik aksiyalarına və etiraz aksiyalarına toplaşmağa çağırıb.


Geri dön