Ana Sayfa > Karusel / Region > Putin: Rusiya və Ukrayna arasında mümkün danışıqlar mövcud reallıqlara əsaslanmalıdır

Putin: Rusiya və Ukrayna arasında mümkün danışıqlar mövcud reallıqlara əsaslanmalıdır


7-06-2024, 20:42. Yazar: Admin

Путин рассказал, что будет, если страны будут втягиваться в войну с Россией - РИА Новости, 06.06.2024 

Ukraynanın icra hakimiyyəti legitimliyini itirib.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq forumunun plenar iclasında bildirib.

O qeyd edib ki, Ukrayna konstitusiyasına görə ölkədə hakimiyyət Ali Radanın sədrinə keçməlidir.

Putin vurğulayıb ki, Ukraynada hakimiyyət zəbt olunub. Bununla belə o, Ukrayna ilə danışıqların hələ də aparıla biləcəyini söyləyib.

"Rusiya və Ukrayna arasında mümkün danışıqlar mövcud reallıqlara əsaslanmalıdır", deyə Rusiya lideri əlavə olaraq edib.


Geri dön