Ana Sayfa > Karusel / Cəmiyyət > Vahid Məhkəmə Portalının yeni versiyası istifadəyə veriləcək
Vahid Məhkəmə Portalının yeni versiyası istifadəyə veriləcək7-06-2024, 14:32. Yazar: Admin |
İyulun 15-də Vahid Məhkəmə Portalının yeni versiyası istifadəyə veriləcək. Qarabaginfo.az xəbər verir ki, Vahid Məhkəmə Portalının yeni versiyasının istifadəyə verilməsi və onun tətbiqi ilə bağlı maraqlı tərəflərlə görüşlərin və təlimlərin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Elektron məhkəmə” informasiya sisteminin ölkə üzrə tam tətbiqinin yekunlaşdırılması ilə əlaqədar mülki prosessual qanunvericilik üzrə müvafiq araşdırmanın aparılması və nəticələri üzrə təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi 1 sentyabr 2024-cü il tarixində, “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron məhkəmə statistikası sisteminin yoxlanılması, son 6 ay üzrə məhkəmə statistikasının sistem vasitəsilə (sistem daxilində) tərtib edilərək dərc olunmasının, eləcə də kommersiya mübahisələri üzrə hesabatların sistem daxilində elektron qaydada formalaşdırılmasının və elektron dərc edilməsinin monitorinqinin aparılması və müəyyən ediləcək problemlərin aradan qaldırılması isə 1 oktyabr 2024-cü tarixində nəzərdə tutulur. İcra məmuru ilə tərəflər arasında sənəd mübadiləsinin “Elektron icra” informasiya sistemi üzərindən həyata keçirilməsi ilə bağlı funksionallığın yaradılması 1 avqust 2024-cü tarixində, beynəlxalq təcrübə nəzərə alınmaqla, məhkəmə icraatının bütün hallarda tərəflərin istəyi ilə videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi imkanının araşdırılması və nəticələri üzrə təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi isə 1 sentyabr 2024-cü il tarixində həyata keçiriləcək. Xatırladaq ki, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib. Əlavə edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupu”na rəhbərliyi Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi, Məhkəmə-Hüquq Şurasının üzvü Toğrul Hüseynov həyata keçirir. Geri dön |