Ana Sayfa > Karusel / Region > "1 ay ərzində sülh sazişini imzalamağa hazırıq" - Ermənistan XİN
"1 ay ərzində sülh sazişini imzalamağa hazırıq" - Ermənistan XİN7-06-2024, 12:40. Yazar: Admin |
İrəvan Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırdır. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan İrəvanın təklifləri Bakıya təqdim etdiyini açıqlayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumatı təsdiq edib. O qeyd edib ki, Ermənistan təkliflərini bir neçə gün bundan öncə Azərbaycan tərəfinə təqdim edib.
"Onu deyim ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur. Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir. Yəni biz burada müsbət dinamika müşahidə edirik”, - nazir əlavə edib. Geri dön |