Ana Sayfa > Karusel / Qarabağ > Laçın və Ağalıda daha bir qrup şəxs üçün kiçik bizneslər yaradılıb
Laçın və Ağalıda daha bir qrup şəxs üçün kiçik bizneslər yaradılıb7-06-2024, 11:43. Yazar: Admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirlərini davam etdirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, Laçın şəhərinə, Laçının Zabux kəndinə və Zəngilan rayonunun Ağalı kəndində köçürülən sakinlərdən daha bir qrup şəxsə bu gün Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim olunub. Laçın rayonunda avadanlıqların təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov da iştirak ediblər. Onlar proqram iştirakçıları ilə görüşüb, həmin sakinlərin yeni qurduqları təsərrüfatlarla bağlı planları ilə maraqlanıblar. Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, avtomobil şinlərinin bərpası və təmiri, qadın gözəllik salonu, dərzi sexi, qapı və pəncərə istehsalı, fotoatelye xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar. Geri dön |