Ana Sayfa > Karusel / Siyasət > Avropa Parlamentinə seçkilər başlayıb- 370 milyondan çox seçici səs verəcək

Avropa Parlamentinə seçkilər başlayıb- 370 milyondan çox seçici səs verəcək


6-06-2024, 14:13. Yazar: Admin

İyunun 6-da Avropa Parlamentinə seçkilər başlayıb.

Qarabaginfo.az xəbər verir ki, seçkilər iyunun 9-dək davam edəcək.

Seçkilər Niderlandda iyunun 6-da, İrlandiyada iyunun 7-də, Latviya, Malta, Slovakiyada iyunun 8-də keçiriləcək. Çexiya iki gün, 7 və 8 iyunda, İtaliya da 8 və 9 iyunda səs verəcək. Yerdə qalan Aİ ölkələrində seçkilər iyunun 9-da baş tutacaq.

Avropa İttifaqının 27 ölkəsinin 370 milyondan çox vətəndaşı Avropa Parlamentinin 720 üzvünün seçkilərində səsvermə hüququna malikdir.

Seçkilər bir turda keçiriləcək. Səsvermə siyasi partiyalar və ya koalisiyaların irəli sürdüyü namizədlərin tam siyahıları üzrə aparılır. Səslərin 5 faizini almayan siyahılar Avropa Parlamentinə daxil edilmir.

Parlamentin yeni tərkibinin ilk nəticələri iyunun 9-da, Brüssel vaxtı ilə saat 20:15-20:30 radələrində açıqlanacaq.

Avropa Parlamentinin Strasburqdakı sessiyası iyulun 16-19-na təyin edilib. Seçilmiş deputatlar siyasi fraksiyalar təşkil edəcək, Avropa Parlamentinin rəhbərliyi seçiləcək və digər təşkilati vəzifələr bölüşdürüləcək.


Geri dön