Ana Sayfa > Karusel / Siyasət > ABŞ səfiri: Türkiyəyə yeni F-16-ların satışında irəliyə doğru böyük addım atılıb

ABŞ səfiri: Türkiyəyə yeni F-16-ların satışında irəliyə doğru böyük addım atılıb


6-06-2024, 14:09. Yazar: Admin

 

ABŞ səfiri: Türkiyəyə yeni F-16-ların satışında irəliyə doğru böyük addım atılıb

“Türkiyəyə yeni F-16-ların satışında irəliyə doğru böyük bir addım atılıb”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk bildirib.

“Bu gün Türkiyənin ən son nəsil F-16 Block 70 döyüş təyyarələrinin alınması və mövcud F-16 donanmasının modernləşdirilməsi istiqamətində mühüm addım atılıb. Bu, ABŞ-nin milli təhlükəsizliyi, Türkiyənin milli təhlükəsizliyi və NATO-nun qarşılıqlı fəaliyyəti üçün yaxşı addımdır”, - deyə səfir vurğulayıb.

Türkiyə Müdafiə Nazirliyindəki mənbələr isə ABŞ-dən F-16 Blok-70 və modernizasiya dəstləri və digər material, sursat və avadanlıqların satınalma prosesinin daha əvvəl elan edilən cədvələ uyğun olaraq davam etdiyini qeyd edib.


Geri dön