Ana Sayfa > Karusel / Siyasət > Şolts Almaniyanın Ukraynadakı müharibəyə cəlb edilməməsi üçün hər şeyi edəcək

Şolts Almaniyanın Ukraynadakı müharibəyə cəlb edilməməsi üçün hər şeyi edəcək


6-06-2024, 14:06. Yazar: Admin

 

Almaniya Kansleri Olaf Şolts

 

Almaniya Kansleri Olaf Şolts ölkəsinin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə cəlb edilməməsi üçün hər şeyi edəcəyini deyib.

Qarabaginfo.az “Welt”ə istinadən xəbər verir ki, Kansler Şolts bu barədə Bundestaqda çıxışında bildirib.

O qeyd edib ki, Almaniya hökuməti bu məsələdə müttəfiqləri ilə sıx əməkdaşlıq edir:

“Vətəndaşlar ehtiyatlı davrandığımıza, bütün riskləri diqqətlə ölçəcəyimizə etibar edə bilərlər. Mən Almaniyanın sülh və təhlükəsizliyinə sadiq olan Kansler kimi bunun arxasındayam”.

Qeyd edək ki, Almaniya Ukraynaya Rusiya ərazisinə qarşı alman silahlarından istifadə etməyə icazə verib.


Geri dön