Ana Sayfa > Karusel / Multimedia > “Giriş-çıxış və qeydiyyat” sisteminin inteqrasiya olunduğu informasiya sistemləri və ehtiyatları artırılıb
“Giriş-çıxış və qeydiyyat” sisteminin inteqrasiya olunduğu informasiya sistemləri və ehtiyatları artırılıb6-06-2024, 13:48. Yazar: Admin |
Prezident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Qarabaginfo.az xəbər verir ki, fərmana əsasən, məlumat-axtarış işlərinin operativliyi, tamlığı və ilkin mənbələrdən qarşılıqlı istifadə olunması, pərakəndəliyin və təkrarçılığın qarşısının alınması, fərdi məlumatlar üzrə qarşılıqlı informasiya mübadiləsinin təşkil edilməsi məqsədilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə aşağıdakı informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunur: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibi olduğu Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri və Qüvvədən düşmüş sənədlərin dövlət reyestri ilə aşağıda qeyd edilən aidiyyəti məlumatların mübadiləsi üzrə: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sahibi olduğu Vahid miqrasiya məlumat sistemi ilə aşağıda qeyd edilən məlumatların mübadiləsi üzrə: - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu “ASAN Viza” sistemi ilə aşağıda qeyd edilən məlumatların mübadiləsi üzrə: - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “www.azexport.az” internet portalı ilə aşağıda qeyd edilən məlumatların mübadiləsi üzrə. Geri dön |