Rusiyanın Kemerovo şəhərində iki tramvay toqquşub.
Qarabaginfo.az “Kommersant”a istinadən xəbər verir ki, hadisə nəticəsində 67 nəfər xəsarət alıb.
Onlardan üçünün vəziyyəti ağırdır. Daha 10 nəfər isə ambulator müalicəyə göndərilib.
Qəzanın səbəbi hələ ki məlum deyil.
***
Şəhərin rəhbəri Dmitri Anisimov hadisə zamanı xəsarət alanlardan birinin dünyasını dəyişdiyini açıqlayıb.