Ana Sayfa > Karusel / Siyasət > Güllələnən Baş nazirdən ilk - Açıqlama
Güllələnən Baş nazirdən ilk - Açıqlama6-06-2024, 09:41. Yazar: Admin |
Mayın 15-də silahlı insident zamanı yaralanan Slovakiyanın Baş naziri Robert Fitso hadisədən sonra ilk dəfə açıqlama verib. Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sui-qəsd nəticəsində sağlamlığına ciddi ziyan dəydiyini bildirib: “Mən həmişə şəxsi həyatımı qorumuşam, ona görə də hücumun sağlamlığıma ciddi ziyan vurduğunu bildirməklə kifayətlənəcəyəm”. Xatırladaq ki, Baş nazir mayın sonunda evə buraxılıb. Qeyd edək ki, Baş naziri Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula güllələyib. O, buna səbəb kimi hökumətin siyasətini bəyənmədiyini bildirib. Çintulla hazırda saxlandığı həbsxanadakı xəstəxananın psixiatriya şöbəsinə göndərilib. Geri dön |