Ana Sayfa > Karusel / Region > Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərindən danışıb
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərindən danışıb6-06-2024, 08:00. Yazar: Admin |
"Rusiya-Azərbaycan münasibətləri uğurlu, etibarlı və çox praqmatik inkişaf edir." Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq beynəlxalq forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib. Onun sözlərinə görə, Rusiya- Azərbaycan dövlətlərarası əlaqələri məhz qarşılıqlı maraqlara və müəyyən dərəcədə qarşılıqlı simpatiyaya əsaslanır. Rusiya dövlət başçısı ikitərəfli iqtisadi əlaqələri tempinin də çox yaxşı inkişaf etdiyini vurğulayıb. Əlavə edib ki, iki ölkə arasında münasibətlər diversifikasiya olunub. Putin iki ölkə arasında logistika sahəsində əlaqələrdən də danışıb. Qeyd edib ki, Şimal-Cənub marşrutu üzrə yüklərin göndərilməsi Sankt-Peterburqdan Fars körfəzi ölkələrinə daşıma müddətini 10 gün azaldacaq. “Bu Şimal-Cənub yoluna gəlincə, o, çox yaxşı və məşhur beynəlxalq dəhlizə çevrilə bilər. Buradan birbaşa, Sankt-Peterburq limanından yüklər bütün Avropa hissəsindən keçərək Azərbaycana, oradan İrana və oradan da Fars körfəzi sahillərinə çıxacaq. Bu, Süveyş kanalı ilə yüklərin daşınmasından demək olar ki, 10 gün tezdir”, deyə Rusiya prezidenti vurğulayıb Geri dön |