Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > DİN polisdə işləmək istəyənlər üçün müsabiqə elan edib –ŞƏRTLƏR
Ana Sayfa > Karusel / Cəmiyyət > DİN polisdə işləmək istəyənlər üçün müsabiqə elan edib –ŞƏRTLƏR

DİN polisdə işləmək istəyənlər üçün müsabiqə elan edib –ŞƏRTLƏR


5-06-2024, 17:43. Yazar: Admin
Post-Patrul Xidmətində kiçik rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə başlayıb.
Qarabaginfo.az bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Müsabiqədə ali və ya orta təhsilli, yaşı 20-dən 26-dək, boyu 180 santimetr və daha hündür, hərbi xidmət keçən, əvvəllər özü və yaxın qohumları məhkum olunmayan polis orqanlarında xidmətə uyğun kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.
İştirakçıların sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlığı yoxlanılacaqdır.
Ali təhsilli, kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik və xarici dillərdən azı birini sərbəst bilən vətəndaşlara üstünlük veriləcəkdir.
İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012) 590-94-12;
(012) 590-93-45;
(012) 590-92-37;
(012) 590-97-52.

Geri dön