Ana Sayfa > Karusel / Siyasət > Ukrayna səfiri Moldova ilə sərhədlərin bağlanacağını istisna etməyib
Ukrayna səfiri Moldova ilə sərhədlərin bağlanacağını istisna etməyib5-06-2024, 17:36. Yazar: Admin |
"Moldovada hakimiyyətə rusmeylli partiyalar gəlsə, bu ölkə ilə sərhədləri ya tamamilə, ya da qismən bağlayacağıq”. Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın adı çəkilən ölkədəki səfiri Marko Şevçenko “Exclusiv TV”yə müsahibəsində deyib. O bildirib ki, yerli siyasi partiyalar Rusiya ilə əməkdaşlıq yolunu tutmazdan əvvəl ciddi şəkildə düşünməlidir. Əks halda rəsmi Kiyev buna adekvat addımlar atacaq: "Hesab edirəm ki, bu halda biz Moldova ilə sərhəddə təhlükəsizliyi ön plana çıxaracağıq. Bu istiqamətdə ilk addım kimi sərhədlərin bağlanması təmin ediləcək. Lakin bunu mərhələli şəkildə edəcəyik. Ola bilsin ki, ilk növbədə insanların və ya əksinə, yüklərin keçidinə məhdudiyyətlər tətbiq edilsin. Çox güman ki, prioritetimiz insanlar olacaq. Çünki sərhəd vasitəsilə muzdluların Rusiya tərəfdən döyüşmək məqsədilə Ukraynaya keçdiyi barədə məlumatlar əldə etmişik. Onlar daha çox bu ölkənin ordusuna məxsus hərbi paltarlardan istifadə edir”. Geri dön |