Ana Sayfa > Karusel / Gündəm > Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikalarının siyahısını yaydı
Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikalarının siyahısını yaydı7-10-2020, 11:51. Yazar: Admin |
Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Bu barədə Qarabaginfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib. Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir: - 250-dək tank və digər zirehli texnika; - 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan; - 60-dək hava hücumundan müdafiə vasitələri; - 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi; - 8 silah-sursat anbarı; - 150-dək avtomobil texnikası; - 1 ədəd “S-300” zenit-raket kompleksi. Geri dön |