Ana Sayfa > Karusel / Dünya > İranda prezident seçkiləri üçün qeydə alınanların sənədləri yoxlanılır
İranda prezident seçkiləri üçün qeydə alınanların sənədləri yoxlanılır5-06-2024, 13:50. Yazar: Admin |
İranda növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sənədləri yoxlanılır. 1 keçmiş prezident, 1 keçmiş parlament sədri, 38 keçmiş və indiki deputat, 13 keçmiş nazir və 3 hazırkı nazir olmaqla 80 nəfərin namizədliyi irəli sürülüb. Qeydə alınanlar arasında 4 qadın da var. Prezidentliyə namizədlərin yekun siyahısı iyunun 11-də elan olunacaq. Növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək. Geri dön |