Ana Sayfa > Karusel / Region > Ukrayna XİN Çinin “sülh planı” ilə bağlı bəyanatını şərh edib

Ukrayna XİN Çinin “sülh planı” ilə bağlı bəyanatını şərh edib


5-06-2024, 07:51. Yazar: Admin

 

Ukrayna XİN Çinin “sülh planı” ilə bağlı bəyanatını şərh edib

Çinin ali nümayəndəsinin Sülh Sammitində iştirakı Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsinə əməli töhfə vermək üçün yaxşı fürsət ola bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində sülhün bərpasına səmimiyyətlə çalışan hər kəs İsveçrədə Sülh Sammitinin uğurla keçirilməsi üzərində çalışmalıdır.

Qurum hesab edir ki, Çinin İsveçrədəki tədbirdə iştirakı ölkənin balanslaşdırılmış mövqeyinin mühüm siqnalı olacaq.

Bununla da Ukrayna tərəfi Çinin xarici işlər naziri Van İnin Pekinin 26 ölkə tərəfindən dəstəkləndiyi iddia edilən yeni “sülh planı” ilə bağlı bəyanatlarını şərh edib.


Geri dön