Ana Sayfa > Karusel / Dünya > Bayden Meksikadan qanunsuz gələn mühacirlərə sığınacaq verilməsinə qadağa qoyur

Bayden Meksikadan qanunsuz gələn mühacirlərə sığınacaq verilməsinə qadağa qoyur


4-06-2024, 21:32. Yazar: Admin

ABŞ Prezidenti Co Bayden

 

ABŞ Prezidenti Co Bayden ölkənin cənub sərhədini qanunsuz keçən qeyri-qanuni miqrantlara sığınacaq verilməsinə müvəqqəti qadağa qoyur.

Qrabaginfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, bu addımlar ölkədə qalmaq üçün heç bir hüquqi əsası olmayan qeyri-qanuni mühacirlərin ölkədən çıxarılmasını asanlaşdıracaq.

Tədbirlər miqrant axını lazımi səviyyəyə enənə qədər davam edəcək.


Geri dön