Ana Sayfa > Karusel / Dünya > Paşinyan Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi

Paşinyan Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi


4-06-2024, 17:14. Yazar: Admin

 

Paşinyan Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığı aparıb.

Qarabaqinfo.az xəbər verir ki, həmsöhbətlər Ermənistan-Finlandiya əlaqələrinin gələcək inkişafı və genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Xüsusilə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Nikol Paşinyan və Aleksandr Stubb Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşməsinə, ölkədə həyata keçirilən demokratik islahatlara, həmçinin Ermənistan-Azərbaycan sülh prosesi və regional təhlükəsizliklə bağlı məsələlərə toxunublar.


Geri dön