Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ

Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ


4-06-2024, 16:30. Yazar: Admin

Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iyunun 4-də Xanlar Mustafayevin Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, sərəncamda deyilir:

 

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 7-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

 

Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilsin".

 

Qeyd edək ki, Xanlar Mustafayev buna qədər Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi.

 

1992-ci il təvəllüdlü Xanlar Mustafayev daha əvvəl Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin idarə heyəti sədrinin müavini postunu tutub.


Geri dön