Ana Sayfa > Karusel / Multimedia > Şura bu il bir dəfə yayımın dayandırılması sanksiyasını tətbiq edib

Şura bu il bir dəfə yayımın dayandırılması sanksiyasını tətbiq edib


4-06-2024, 14:08. Yazar: Admin

Ötən il Audiovizual Şura tərəfindən yayımçılara 6 dəfə xəbərdarlıq edilib” – Fazil Novruzov

"2024-cü ilin əvvəlindən bugünədək 1 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunub".

Qarabaginfo.az xəbər verir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, Audiovizual Şura yayımçıların proqramlarının monitorinqini həyata keçirir:

"Bütün ümumölkə yayımçılarının monitorinqi mütəmadi əsasda, digər yayımçıların monitorinqi vaxtaşırı olaraq və şikayət əsasında həyata keçirilir. 2023-cü ildə bir sıra pozuntulara görə yayımçılara 6 dəfə xəbərdarlıq verilib, 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunub".


Geri dön