Ana Sayfa > Karusel / Region > Kreml: Rusiya Türkiyənin BRICS-ə marağını alqışlayır

Kreml: Rusiya Türkiyənin BRICS-ə marağını alqışlayır


4-06-2024, 14:06. Yazar: Admin

Kreml və Kremlin əmrqulları…

Rusiya Türkiyənin BRICS-ə marağını alqışlayır.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu mövzunun BRİCS-in sammitində müzakirə oluncağını söyləyib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin bu il ərzində BRICS-ə üzv olmaq niyyətində olduğunu bildirib. O qeyd edib ki, bu məsələ quruma üzv dövlətlərin xarici işlər nazirlərinin Rusiyanın Nijni-Novqorod şəhərindəki görüşündə müzakirə olunacaq. Hakan Fidan həmçinin BRICS ölkələrindən olan həmkarlarının Rusiyada keçiriləcək görüşündə iştirak etmək niyyətini açıqlayıb.

Xatırladaq ki, Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, İran, Misir və Efiopiyanın da daxil olduğu BRICS 2009-cu ilin iyununda Rusiya, Braziliya, Hindistan və Çin tərəfindən təsis olunub.


Geri dön