Ana Sayfa > Karusel / Gündəm > Təqaüdünü Orduya bağışlayan baba tapıldı
Təqaüdünü Orduya bağışlayan baba tapıldı7-10-2020, 11:24. Yazar: Admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları ötən gün öz təqaüdündən Ordumuza 180 manat yardım edən Şəkinin Baş Küngüt kəndinin sakini Hikmət Musayevi axtarıb tapıblar. “Hikmət baba deyir ki, “əsgərlərə canım qurban!. O pulu onun üçün ödədim ki, balalarımız düşmən əsarətinə düşməsin. Ordumuza bacardığım qədər dəstək olum”. Deyir, “özüm də bu dəqiqə cəbhəyə getməyə hazıram”. O deyir… Qürur hissi, fəxr hissi sözümüzü boğazımızda kəsir.. Sizinlə fəxr edirik, Hikmət dayı! Tanrı Azərbaycanı qorusun! Sizin kimi insanların vətənini!”,-nazirlik rəsmisi bildirib Geri dön |