Ana Sayfa > Karusel / Qarabağ / Yazar > Laçın hekayəsi - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

Laçın hekayəsi - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR


3-06-2024, 12:52. Yazar: Admin

LAÇINLA BAĞLI SAYSIZ-HESABSIZ İŞĞAL REPORTAJLARININ MÜƏLLİFİ OLMUŞAM.

BU MƏNADA LAÇINI QİYABİ OLARAQ TANIYIRDIM. XÜSUSİLƏ ANS-İN ARXİV KADRLARINDAN. HƏTTA 2013-CÜ İLDƏ BİR QRUP LAÇINLI MƏNİ YUXARILARA ŞİKAYƏT DƏ ETMİŞDİ.

GUYA ONLARI TƏHQİR ETMİŞƏM. “ TƏHQİR” İSƏ BU CÜMLƏDƏN İBARƏT İDİ:  1992-Cİ İL MAYIN 18-DƏ LAÇIN ÖZ ƏVVƏLKİ ADINA- ABDALLARA  DAHA ÇOX OXŞAYIRDI.

“ABDAL” ƏRƏBCƏDƏN TƏRCÜMƏDƏ “SƏRSƏRİ”“DƏRBƏDƏR” DEMƏKDİR.

ÇOX MARAQLIDIR Kİ, EVİNDƏN –EŞİYİNDƏN DƏRBƏDƏR DÜŞƏNLƏR, YAŞANAN MÜSİBƏTLƏRDƏN BAŞINA HAVA GƏLƏNLƏR MƏNİM ÜRƏK YANĞISI İLƏ DEDİYİM SÖZLƏRİN BAŞINA CORAB HÖRDÜLƏR.

AMMA ELƏ LAÇINLILAR DA OLDU Kİ, SÖZDƏN ANLAMIŞDILAR. MƏNƏ TƏSƏLLİ VERDİLƏR,  MƏNİ BAĞRINA BASDILAR….

BU DƏFƏ İSƏ MƏN LAÇINI BAĞRIMA BASMAĞA GETMİŞDİM. AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN LAÇIN RAYONUNDA XÜSUSİ NÜMAYƏNDƏSİ VƏ BAKI ABADLIQ XİDMƏTİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ  “XALÇA BELƏ YARANDI” SƏRGİSİ KEÇİRİLİRDİ.  SƏRGİLƏNƏN XALÇALAR ƏSLƏN LAÇINDAN OLAN ELNARƏ RƏSULOVANIN ƏL İŞLƏRİ İDİ. BU SƏRGİ MƏNƏ FÜRSƏT YARATDI Kİ, LAÇINLA YAXINDAN TANIŞ OLUM.

LAÇINLA GÖRÜŞ ONUN İNSANINDAN BAŞLAYIR. BİZİM SƏFƏR YOLDAŞLARIMIZ ARASINDA DA LAÇINLILAR VARDI.

QRUP YOLDAŞIM TƏRANƏ VAHİD, YAZIÇI ŞƏRİF AĞAYAR. AÇIĞI, HEÇ VAXT AĞLIMA GƏLMƏZDİ Kİ, NƏ VAXTSA TƏRANƏ İLƏ AZAD LAÇINA BİRLİKDƏ SƏFƏR EDƏCƏYİK. LAÇIN İŞĞAL OLUNANDA BİZ BDU-NUN JURNALİSTİKA FAKÜLTƏSİNİN  İKİNCİ KURSUNDA OXUYURDUQ.

BİR GÜN TƏRANƏ DƏRSƏ MƏCBURİ KÖÇKÜN KİMİ GƏLDİ. ONUN KƏDƏRLİ, YAŞLI GÖZLƏRİNDƏN BİLİRDİK Kİ, LAÇIN GEDİB. AMMA TƏRANƏDƏN GEDƏNLƏRİ  ƏSLA BİLƏ BİLMƏZDİK. SONRADAN TƏRANƏ VAHİD KİMİ YAZDIĞI HEKAYƏLƏRDƏN ONUN YAŞANTILARINI QİSMƏN ANLAMIŞDIM.

TƏRANƏNİN “ MƏN TOZ DƏNƏSİYƏM” HEKAYƏSİNİ OXUYANDA İSƏ İÇDƏN ARZULAMIŞDIM Kİ, KAŞ O, DOGRUDAN DA TOZA DÖNÜB  GEDİB LAÇINI GÖRƏYDİ. AMMA NƏ HİKMƏTDİRSƏ, TƏRANƏ HEKAYƏSİNDƏ LAÇINA  GETMƏYİ HEÇ AĞLINDAN DA KEÇİRMƏMİŞDİ. QORXMUŞDUMU ƏCƏBA? LAÇINDA  ERMƏNİDƏN BAŞQA HEÇ KİMİ TAPMAYACAĞINDANMI EHTİYATLANMIŞDI? BİLMİRƏM. AMMA BU GÜN O, LAÇINA TOZ DƏNƏSİ KİMİ  GETMİRDİ…

HƏLƏ ŞƏRİF AĞAYAR… O DA  30 İLLİK DƏRDDƏN XİLAS OLMUŞDU, ÜZÜ-GÖZÜ GÜLÜRDÜ. ELƏ BİL HEÇ BU ŞEİRİ YAZAN ADAM DEYİLDİ.

Bilməm nə istəyir dərd Ağayardan
Bu tale ömrümə yazıldı hardan?
Birtəhər dözürük daş binalardan
Qamış daxmalara köçəndən bəri.

TƏRANƏDƏN FƏRQLİ OLARAQ ŞƏRİF LAÇIN ALINANADAN SONRA BURA BİR NEÇƏ DƏFƏ GƏLİB. ONA GÖRƏ KEFİ KÖKDÜR. HƏM DA  HİSS OLUNUR Kİ, LAÇINA GEDƏN KOMANDADA RUHUNA YAXIN ADAMLAR VAR: BAHƏDDİN HƏZİ, İLQAR RƏSUL, CƏLİL CAVANŞİR, MÜSƏLLİM HƏSƏNOV, RAMİLƏ QURBANLI, ORXAN MƏMMƏDLİ, ZÖHRƏ ƏLİYEVA VƏ S. AÇIĞI, MƏN ZÖHRƏ XANIMI BU SƏFƏRDƏ YENİDƏN KƏŞF EDİRƏM.  ƏSL YOL ADAMIDIR.  ZƏNBİLİNDƏ YEMƏK DƏ VAR, DEYİB-GÜLMƏK DƏ. ÖZÜ DƏ HAMIYA ÇATACAQ QƏDƏR. YOLBOYU ƏN ÇOX ZÖHRƏ XANIMLA ŞƏRİF DANIŞIR.

MƏN İSƏ PƏNCƏRƏDƏN BAXIRAM.  ZƏNGİLANDAN KEÇİRİK. AĞALININ AĞAPPAQ EVLƏRİ, SƏLİQƏLİ HƏYƏTLƏR GÖZ OXŞAYIR.  ÜRƏYİMDƏ “ALLAH BİR DƏ QARA GÜN GÖSTƏRMƏSİN” DEYİRƏM BU AĞ EVLƏRİN SAKİNLƏRİNƏ.

AĞALI GERİDƏ QALIR. QARŞIDA UZUN BİR YOL VAR BİZİ LAÇINA APARAN . ŞƏRİF DEYİR Kİ, BU SOVETDƏN QALAN  DƏDƏ-BABA YOLUDUR.

DÜZDÜR, YOL ACI BAĞIRSAQ KİMİ UZANIR. HƏM DƏ ONA GÖRƏ Kİ, YOLLARDA İŞLƏR GEDİR, AĞIR TEXNİKA İŞLƏYİR, YENİ YOLLAR SALINIR. NƏHAYƏT , VAQİF XAÇATRYANIN SAXLANILDIĞI  O MƏŞHUR KÖRPÜYƏ YAXINLAŞIRIQ.

ŞƏRİF ƏSL BƏLƏDÇİ KİMİ BİZƏ ƏTRAFLI MƏLUMAT VERİR. DEYİR Kİ,  BU KÖRPÜNÜN BAĞLANMASI İLƏ AZƏRBAYCANIN SUVERENLİYİ TƏMİN EDİLDİ . BUNU İSƏ ŞUŞANIN ALINMASI  QƏDƏR ƏHƏMİYYƏTLİ HADİSƏ SAYIR.

YOLBOYU BİZİ HƏM DƏ GURSULU, HƏKƏRİ MÜŞAYİƏT EDİR. QƏRİBƏ ÇAYDIR. BİRDƏN YOXA ÇIXIR, BİRDƏN PEYDA OLUR, BİR YERDƏ SANKİ HAÇALAŞIR, SUYU BİR YATAQDA BULANIQ, BİR YATAQDA DUPDURU AXIR. ADAMA ELƏ GƏLİR Kİ, LAÇIN GÖZƏLLİYİNƏ GÖRƏ HƏM DƏ DAHA ÇOX HƏKƏRİYƏ BORCLUDUR. ŞƏRİF AĞAYAR İSƏ ÖTƏN ƏSRİN ƏVVƏLLƏRİNDƏ HƏKƏRİNİN HƏTTA QIPQIRMIZI QAN RƏNGİNDƏ AXDIĞINI DA NƏQL EDİR. BU, ZABUX DƏRƏSİNDƏ  ANDRANİKİN QULAĞININ KƏSİLDİYİ  EHTİMAL EDİLƏN O AĞIR DÖYÜŞLƏRDƏ OLUB. LAÇININ İGİD OĞLU SULTAN BƏY  BAŞININ DƏSTƏSİ İLƏ OZANYANA VƏ ONUN QULDURLARINA  ELƏ BİR DİVAN TUTUB Kİ, İNDİ DƏ EL ARASINDA “QANLI DƏRƏ” DEYİLƏN YERDƏ QAN SU YERİNƏ AXIB.

LAÇINLILAR İSƏ GÜNLƏRLƏ HƏKƏRİDƏ MAL-QARA SUVARMAYIBLAR. DEYİBLƏR Kİ, ERMƏNİ LEŞLƏRİ SUYU MURDARLAYIB. BƏLİ, TARİXDƏ BELƏ-BELƏ İŞLƏR OLUB. ERMƏNİLƏRİ 20-Cİ ƏSRİN ƏVVƏLLƏRİNDƏ DƏ MURDAR EDİB TORPAQLARIMIZDAN QOVMUŞUQ,  21-Cİ ƏSRİN ƏVVƏLLƏRİNDƏ DƏ.

AH, GÖZƏL LAÇIN. YOLBOYU TARİXƏ TAMAŞA EDƏ-EDƏ GEDİRSƏN. CƏMİ BİR NEÇƏ AYIN SÖHBƏTİDİR. ERMƏNİLƏR KALON HALINDA  BU YOLLARI BAĞLAMIŞDILAR. DÜNYAYA CAR ÇƏKİRDİLƏR Kİ, AZƏRBAYCAN ONLARA HUMANİTAR BÖHRAN YAŞADIR. AVROPALILAR DA BELƏ BAXANDA  ONLARA QAHMAR ÇIXIRDI. AMMA HEÇ NƏ AZƏRBAYCANIN DƏMİR İRADƏSİNİ QIRA BİLMƏDİ.  STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK LAÇIN SƏRHƏD BURAXILIŞ MƏNTƏQƏSİ QARABAĞDA QANUNSUZ YERLƏŞDİRİLMİŞ ERMƏNİ SİLAHLI BİRLƏŞMƏLƏRİNİN BÖLGƏDƏN  ÇIXARILMASI, HƏMÇİNİN ONLARIN TƏRKSİLAH OLUNMASI BAXIMINDAN BÖYÜK ÖNƏM DAŞIDI. İNDİ QUŞ QUŞLUĞUYLA BURDAN UÇA BİLMİR. TƏKCƏ YOLUN SOLUNDA DAĞIN  YAMACINDA ERMƏNİSTAN BAYRAĞI  MƏĞLUB DURUMDA ÖZÜNÜ KÜLƏKLƏNDİRİR. SAĞDA İSƏ AZƏRBAYCAN BAYRAĞI QALİB GÖRKƏMLƏ DALĞALANIR. MƏHZ BU BAYRAĞIN KÖLGƏSİ DÜŞƏN YERLƏRDƏ ARUTUNYANLAR, SAAKYANLAR, VARDANYANLAR HƏBS OLUNUBLAR. MƏHZ BURDA, BU YERDƏ! HEYRƏTLƏ BAXIRAM. DÜNƏN XƏBƏRİNİ OXUYURDUM, BU GÜN SADƏCƏ SEYR EDİRƏM. İZAHOLUNMAZ HİSSLƏR YAŞAYIRSAN….

LAÇININ MƏRKƏZİ İSƏ  LAP ƏSRARƏNGİZ HİSSLƏRİN YAŞANDIĞI YERDİR. SƏFƏR DOSTLARIM DEYİR Kİ, BURANI HƏLƏ GECƏ GÖRƏSƏN. İŞIQLAR GÖZ QAMAŞDIRIR VƏ LAÇIN BƏZƏK-DÜZƏKLİ GƏLİN KİMİ BEŞ ADDIMLIQDAKI DÜŞMƏNƏ MEYDAN OXUYUR. BU MƏSƏLƏDƏ PREZİDENT İLHAM ƏLİYEVİN PRİNSPİAL MÖVQEYİ DƏ XÜSUSİ VURĞULANIR; CƏNAB MƏHZ BU AMİLİ NƏZƏRƏ ALIB LAÇININ “SAYRIŞAN ŞƏHƏR”Ə ÇEVRİLMƏSİNƏ GÖSTƏRİŞ VERİB-DEYİRLƏR.

ƏLBƏTTƏ ÜRƏKDƏN “SAĞ OLUN!” DEYİRƏM. HƏM ALİ BAŞ KOMANDANA, HƏM ŞƏHƏRİ CƏNNƏTƏ ÇEVİRƏN BAKI ABADLIQ XİDMƏTİNƏ. LAÇINA FÜSUNKAR GÖZƏLLİYİ  ZATƏN YARADAN ÖZÜ  VERİB, AMMA 30 İLLİK MƏHBƏS HƏYATINDAN SONRA SOLUB-SARALAN ÇÖHRƏSİNƏ ƏL GƏZDİRMƏK, XƏSTƏ DÜŞƏN ÜRƏYİNİ MÜALİCƏ ETMƏK MÜTLƏQ LAZIMDIR. BU İŞ O QƏDƏR GÖZƏL HƏYATA KEÇİR Kİ….YENİ TİKİLƏN EVLƏR, ÇƏKİLƏN YOLLARA BAXIB BİR ANLIQ ÖZÜNÜ DÜNYANIN ƏN MƏŞHUR KURORT ŞƏHƏRLƏRİNDƏN BİRİNDƏ HİSS EDİRSƏN.

LAÇINDA BİR NEÇƏ SAAT QALMAQ İMKANIMIZ OLDU. BU, LAÇINI TANIMAQ, ONU HİSS ETMƏK ÜÇÜN ÇOX AZ BİR VAXTDIR.

AXŞAMÜSTÜ LAÇINDAN AYRILDIQ. MÖHTƏŞƏM KOMANDA ÜZVLƏRİMİZ YENƏ BİZİ APARAN AVTOBUSDA SƏS-SƏSƏ VERDİLƏR. ŞƏRİF  YENƏ BİR DƏQİQƏ SUSMADI.  BU DƏFƏ ONA CƏLİL CAVANŞİR DƏ, ORXAN MƏMMƏDLİ DƏ, İLQAR RƏSUL DA, ARADA MÜSƏLLİM HƏSƏNOV DA QOŞULMUŞDU. ƏDƏBİYYAT, QƏLƏM ADAMLARI BELƏDİR.

SÖZÜ SÖZƏ CALAYIR, DAĞI ARANA GƏTİRİRLƏR.  O QƏDƏR ŞEYLƏRDƏN DANIŞDILAR Kİ…. MƏNİMSƏ  BEYNİMDƏ YENİCƏ TANIŞ OLDUĞUM, SEHRİNƏ DÜŞDÜYÜM  LAÇIN VARDI. AZ SONRA MÜRGÜ TUTDU.

ŞƏRİF AĞAYARIN  QAYIDIŞ HEKAYƏLƏRİ  YAZMAQ İSTƏYİNİ BİLMİRƏM YUXUDA GÖRDÜM, YOXSA,..?  HƏR HALDA, O, CƏLİL CAVANŞİRİ İNANDIRMAĞA ÇALIŞIRDI Kİ, MALİYYƏ DƏSTƏYİ OLSA, 3 İL SƏRASƏR LAÇINDA OTURUB HEKAYƏLƏR YAZA BİLƏR.

YUXULU GÖZÜMÜ BİR AZ  AÇIB, GÖZƏL HEKAYƏLƏR EŞQİNƏ ŞƏRİF ÜÇÜN ALLAHDAN KÖMƏK İSTƏYİRƏM.

 

 

 

 

LƏMAN ƏLƏŞRƏFQIZI

XÜSUSİ OLARAQ GUNUNSESİ.İNFO ÜÇÜN


Geri dön