Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İmtahandan az bal yığan gənc özünü binadan atdı
Ana Sayfa > Karusel / Hadisə > İmtahandan az bal yığan gənc özünü binadan atdı

İmtahandan az bal yığan gənc özünü binadan atdı


2-06-2024, 22:24. Yazar: Admin

imtahandan-az-bal-yigan-genc-ozunu-binadan-atdi

Sosial şəbəkələrdə Yeni Günəşli qəsəbə sakininin imtahandan az bal topladığı üçün intihar etdiyi haqda xəbərlər yayılıb.

TƏBİB-dən Qarabaginfo.az-a  verilən məlumata görə, 02.06.2024-cü il tarixində saat 11:11-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Massiv V-dən bir nəfərin intihara cəhd etməsi səbəbilə çağırış daxil olub.

Bildirilib ki, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. Təxminən, 18 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, sosial şəbəkələrdə gəncin özünü evin damından atdığı deyilir.

Suraxanı Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.


Geri dön