Ana Sayfa > Karusel / Dünya > Ukrayna MN: Yaponiya Kiyevə 7 milyard dollar həcmində yardım edib

Ukrayna MN: Yaponiya Kiyevə 7 milyard dollar həcmində yardım edib


2-06-2024, 22:20. Yazar: Admin

Ukrayna MN: Yaponiya Kiyevə 7 milyard dollar həcmində yardım edib

Yaponiya 2022-ci ilin fevralından Ukraynaya 7 milyard dollar həcmində yardım edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” forumu çərçivəsində yaponiyalı həmkarı Minoru Kihara ilə görüşündən sonra bildirib.

“2022-ci ilin fevral ayından Yaponiya Ukraynaya humanitar layihələr və qeyri-öldürücü hərbi texnikanın verilməsini əhatə edən 7 milyard dollardan çox yardım edib”, - Umerov qeyd edib.

Nazirin “Facebook”da yazdığına əsasən, danışıqlar zamanı ərazilərin minalardan təmizlənməsi, istehkamlar üçün avadanlıq və Ukrayna üçün təcili yardım maşınlarının verilməsi məsələləri müzakirə olunub.


Geri dön