Ana Sayfa > Karusel / Cəmiyyət > Jurnalistlər iməclikdə iştirak etdilər

Jurnalistlər iməclikdə iştirak etdilər


1-06-2024, 13:13. Yazar: Admin

Jurnalistlər iməclikdə iştirak etdilər

 

"Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə təmizlik aksiyası keçirilib.
Qarabaginfo.az xəbər verir ki, aksiya zamanı Novxanı qəsəbəsi ərazisində, Xəzər dənizinin sahili boyunca böyük ərazi tullantılardan təmizlənib.

Aksiya zamanı "Mir" DTRŞ-nin Azərbaycan Milli Nümayəndəliyinin direktoru, Əməkdar jurnalist İlqar Paşazadə çıxış edərək bildirib ki, təbiətin qorunması, ətraf mühitin tullantılardan təmizlənməsi məqsədilə gələcəkdə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aksiyalarda iştirak edəcəklər.


Geri dön